Office Lines şirkəti Satışa Dəstək üzrə Operator vəzifəsinə işçi qəbulunu elan edir!
Əgər siz cavan, dinamik və inkişaf edən bir şirkətdə çalışmaq istəyirsinizsə, o zaman CV-nizi hr@officelines.az ünvanına göndərin!
Əsas vəzifə öhdəlikləri:
- Müştəri müqavilələrinin hazırlanması
- Yeni və mövcud müştərilər üçün Satış meneceri ilə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq
- Sifarişləri qəbul etmək və qeydiyyata almaq
- Müştərilərdən gələn müxtərlif sorğulara, məhsullar və digər xidmətlərlə əlaqədar suallara cavab vermək
- Müştərilərə yeni məhsullar, yeni kampaniyalar haqqında məlumat vermək
- Satışı prioritet olan məhsullaın satışını təşviq etmək
- Müştərilərlə qarşılıqlı razılaşdırma aktlarının və 1C sistemdə hesab fakturaların hazırlanması
- Daxil olan zəngləri qəbul etmək, cavablandırmaq və ehtiyac olduqda satış menecerlərinə yönəltmək
Əsas tələblərimiz:
- Əvvəllər çağrı mərkəzi və ya müştəri xidməti şöbəsində iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət aparmaq bacarığı (ingilis dili bilgisi üstünlük hesab edilir)
- ERP proqramlarla işləmə bacarığı
- İşə müştəri yönümlü (customer-friendly) münasibət
- Problemləri tez və effektiv həll edə bilmə qabiliyyəti
- Korporativ müştərilərlə düzgün ünsiyyət bacarıqları
- Stressə və iş yükünə davamlılıq