MALIN TƏHVİL ALINMASI
Sifariş verdiyiniz malları təhvil alarkən malın qaimədə göstərilmiş sayını və qüsursuz olması mütləq ekspeditorun yanında yoxlayın. Əgər malın sayı əksik olarsa, ekspeditordan xüsusi formanı doldurub, Sizə imzalatmağını və bir nüsxəsini Sizə verməsini tələb edin.
MALIN GERİ QAYTARILMA VAXTI
MALIN GERİ QAYTARILMA ŞƏRTLƏRİ
Geri qaytarmaq istədiyinizdə xahiş edirik ki, aşağıdakıları nəzərə alasınız.
3 gün müddət içərisində qaytarılacaq malların orijinal qutusu, qabı, varsa standart aksesuarları ilə birlikdə əskiksiz və ziyansız olaraq təslim edilməsi lazımdır.
Malda və bağlamasında hər hansı bir açılma, xarab olma, qırılma, cırılma, istifadə olunma və sair hallar təsbit edildiyi hallarda mal geri alınmır və yeni ilə dəyişdirilmir.
Telefon: Cib telefonunun geri qaytarılması üçün ekranında olan şəffaf qoruma bandının çıxarılmamış olması lazımdır. Telefonun orijinal qutusu, qabı, əgər varsa aksesuarlarının əskiksiz və ziyansız olması şərtdir.
DVD/VCD: Məhsulun qəzalı olması vəziyyəti xaricində qabı açılmış mallar heç bir şəkildə geri qaytarıla bilməz.
Kitab: Sifariş tərəfinizə çatdıqdan sonra yazılı çap malları geri qaytarıla bilməz.
Musiqi: Məhsulun qəzalı olması vəziyyəti xaricində qabı açılmış mallar heç bir şəkildə geri qaytarıla bilməz.
Proqram: Qablaşdırılması açılmış və ya lisenziya müqaviləsi ilə alınmış heç bir proqram məhsulu qaytarıla bilməz.
Kompüter/Notebook: Satınaldığınız kompüterlərin aksesuarlarında (disket, CD, Zip, mouse, klaviatura) çıxan problemlər komputerin tam dəyişdirilməsi tələb etmək üçün əsas vermir. Kompüterdə çıxan problemlər zəmanət sənədində göstərilmiş müddət ərzində pulsuz təmir edilir. Yalnız təmir mümkün olmadığı zaman yenisi ilə əvəz edilir.
Kompüter və dəftərxana sərfiyyat malları (kartric, toner, kassa lenti və s.) qutularının geri qaytarılması üçün açılmamış olması lazımdır.
GERİ QAYTARILMAYAN MALLAR